Avtomobil almaq artıq uzun illərdir ki, yalnız uzun müddətə nəqliyyat alışı kimi qəbul edilmir. Çoxları alışıb ki, yeni avtomobili problemsiz 3-5 il sürsün. Sonra isə artıq avtomobilə pul xərcləməyə başlasınlar. Ona görə, çoxları çalışır ki, o müddətə qədər artıq avtomobilini yenisi ilə əvəzləsin.
Amma 10 il bundan öncə avtomobil konserlərinin mühəndisləri elə avtomobillər istehsal edirdilər ki, nəinki 10 il, hətta daha uzun müddətə bu avtomobillər heç bir ciddi xərc tələb etmədən sürülürdü.
Eləcə də bax:Gələn il Kia Azərbaycana yeni SUV gətirə bilər – QİYMƏTLƏR
Odur ki, FED.az Rusiya mətbuatına istinadan tarixin 10 ən etibarlı avtomobilindən məlumatı təqdim edir.
Mercedes 123, 124, 126, 201
1990-cı illərədək Mercedes etibarlı vatomobilləri ilə məşdur idi. İnteryer baxımından bu avtomobil çox zövqlü və dəblidir. 80-cı illərdə bu maşınlar dizel mühərriki ilə istehsal olunurdu və 1 milyon kilometr məsafəni motor dəyişilmədən qət edə bilirdi.
Bu model, ikinci əl avtomobillər bazarında qiymətinə görə, alıcılarını sevindirir.Lakin yanacaq çox sərf etdiyinə görə, çox az adam bu avtomobilləri alır.
Buna baxmayaraq mercedesi təmir etmək asandır və bu maşınlara ehtiyat hissələri tez tapılır. Bu maşınlarda getmək komfortludur və hətta rahatlığına görə, müasir maşınlardan da geri qalmır.
Toyota Prius
Yaponlar etibarlılıqla assosiasiya olunur. Demək olar ki, bütün Yapon maşınları sahiblərinə uzun müddət xidmət edirlər. Prius ilk kütləvi satışa çıxan benzin və elektrik mühərriki olan avtomobildir.
Bunun sayəsində hər 100 kilometrdə 4 litr yanacağa qənaət olunub. Bu avtomobil sərt qışda da sahibini yolda qoymayan fərqli görkəmi və yüksək manevr etmə qabiliyyəti olan avtomobildir.
Avtomobil iki kuzov növündə istehsal olunur. Hetcbek və ailəli insanlar üçün universal kuzovda .
Mənfi cəhəti təmir olunması və ehtiyat hissələrinin çətin tapılmasıdır.
Volvo XC90
İsveçlilərin yolsuzluq avtomobili də etibarlı maşınlardandır. Bu 7 yerlik avtomobil ailəli insanlar üçün hazırlanıb. Bu maşınlar yolsuzluğun öhdəsindən asanlıqla gəlir, şəhərdə idarə edilməsi isə olduqca yumşaqdır. Həmçinin geniş həcmli yük bölməsi var. Volvonun avtomatikası hətta uzun müddət istifadən də sonra da qüsursuz çalışır. İsveç mühəndisləri bu modelin yaradılmasında maksimum güc xərcləyiblər. Onların sayəsində XC90 çox nadir hallarda qırılır və bu zaman nasazlıq ailə büdcəsinə böyük zərər vurmadan təmir olunur.
Avtomobilin yeganə çatışmayan cəhəti yüksək sürətdə sürülməsi zamanı çox yanacaq sərf etməsidir.
Honda CR-V
Daha bir Yaponiya istehsalı olan avtomobil, etibarlılar sırasındadır. Amma bu maşın krossoverdir. Volvo kimi bu maşın da 7 nəfərlik olması və geniş bölümünə olmasına görə, ailəvi avtomobillər sırasında yer alır. Bu konsernin bütün avtomobilləri etibarlı hesab olunur. Ona görə, bu maşınların alıcıaları istifadənin ilk illərində ümumiyyətlə narahat olmaya bilərlər.
Bu maşınlarda əsas problem sükan çarxında olur.
Toyota Camry
Toyota avtomobilləri özünün həvəskar ordusu ilə məşhurdur. Bir çox avtosevərlər öz toyotalarını başqa yeni və ya elə də baha olmayan yeni avtomobillərə dəyişmirlər. Çünki onlar Yapon maşınlarının etibarlığını və keyfiyyətini seçirlər. Camry seçilən sinfin avtomobilidir. Onun daim yeni və zövqlü görünüşü yenilənir. Bu model avtomobillər ikinci əl bazarda da böyük populyarlıqla alınır.
Ən tez-tez baş veran nasazlıqları ön asqının dayaqlarında və soyutma sisteminin nasosunda problemlər olur. Mühərrik 1 milyon kilometri asanlıqla tab gətirə bilir. Avtomobilin asqısı əbədi hesab olunur.
Ford Mondeo
Amerikalılara da etibarlı avtomobil istehsdal etmək müəssər olub. Bu modellər 2014-cü ildən bu yana istehsal olunmur amma yollarda görünməkdədir. Bu maşınlar hələ yaxşı vəziyyətdədir. Mondeonun ən etibarlıları mexaniki sürət qutusu ilə olanlar hesab olunur. Vaxtında sürət qutusunun yağına nəzarət edilərsə avtomat sürət qutusu olan mondeo da uzun müddət istismar edilə bilər.
Fordun ən etibarlı ehtiyat hissəsi sükanın hidrogücləndiricisi və “reyka”dır. "Reykanı" avtomobil sahibi özü də təmir edə bildiyi halda qalan hissələr usta tərəfindən təmir olunmalıdır.
Mazda 2
Mazdanı əsasən gənc nəsil seçir. Bu şəhər küçələrində idarə etmək üçün olan dinamik və maneverli avtomobildir. Mazda 2-də kuzov silklənmiş olduğundan 10-15 il ərzində paslanmaya məruz qalmır. Səliqəli baxıldıqdan sonra avtomobilin kuzası uzun müddət qüsursuz qalacaq.
Bu avtomobildə ilk sıradan çıxan qaz paylama müxanizminin kəməridir. Həmçinin əyləc diskləri və “podşipniklər”də 150-170 min kilometr yürüşdən sonra sıradan çıxır.
Toyota RAV4
Bu avtomobillər ikinci əl yolsuzluq avtombilləri arasında alınmasına görə, liderdir. Bu avtomobillərdə istər yolsuzluq , istərsə də hamar yollarda getmək olduca komfortludur. Avtomobil korroziyaya məruz qalmır. Avtomobilin sürət qutusu və asqısı çox etibarlıdır.
Həmçinin bu maşınların elektronikası da olduqca dözümüldür. Yalnız maşının yığılma yerindən asılı olaraq kondisionerinda müəyyən nasazlıqlar ola bilər.
Subaru Forester
Yaponiya avtomobil sənayesi yalnız Toyota ilə məşhur deyil. Subaru 1997-ci ildə bütün ailə üçün rahat olacaq avtomobil istehsal edib. Nəzərə alsaq ki, Subaru Foresterin ilk modelləri hələ də yollarda görünməkdədir o zaman bu maşınlar haqqında nəticə çıxarmaq elə də çətin olmaz. Bu avtomobillər yollarda asan idarə olunur . Avtomobilin asqısı isə hər növ yolsuzluq şəraitinin öhdəsindən asanlıqla gəlir.
Avtomobilin mənfi cəhəti keyfiyyətsiz plastikdən hazırlanmış döşəməsinin olması və qışda asqıda tıqqıltının olmasıdır.
Toyota Corolla
Daim yenilənən, zövqlü kuzovu olan , geniş interyeri olan sedan. Bu maşının əksər sahibləri bildirirlər ki, istifadənin ilk 10 illiyində avtomobilin demək olar ki ciddi təmirə ehtiyacı olmur. Corollanın etibarlı kuzovu paslanmaya məruz qalmır. Digər Yapon maşınlarından fərqli olaraq bu ən az yanacaq sərf edən avtomobildir.
Bu maşınların yeganə mənfi cəhəti şüşəqaldıranlarının tez sıradan çıxmasıdır. Həmçinin yük bölməsinin kiliti də soyuq qışa tab gətirmir.
Avtomobilin etibarlılığı ilk növbədə onun vicdanlı istehsalçısından asılıdır. Lakin avtomobil sahibləri də unutmamalıdırlar ki, maşınlarına mütəmadi qulluq etməlidirlər. Əksər hallarda avtomobillərdə ciddi nasazlıq o zaman olur ki, ilkin mərhələdə maşının bir detalı xarab olanda təmir olunmur və nəticədə də ciddi problemlər yaranır. Maşınınıza vaxtında qulluq etməyiniz onun ömrünü uzadır və vaxtında nasazlığın aradan qaldırılması sonradan ailə büdcənizi əlavə xərclərdən qoruyacaq.