Avto

Аvtomobil istehsalı dəfələrlə artıb – HAMISI SATILIR

Аvtomobil istehsalı dəfələrlə artıb – HAMISI SATILIR | FED.az
18:54 19 Noy 2018

Azərbaycanda avtomobil istehsalı  sürətlə artır.
 
FED.az-ın məlumatına görə, bu  ilin yanvar-oktyabr aylarında ölkədə 610 ədəd minik avtomobili istehsal edilib.
 
ELƏCƏ DƏ BAX: Maşınlar üçün vergi 50 faiz artırılır
 
Bu, 2017-ci ilin anoloji dövrü ilə müqayisədə 20,3 dəfə çoxdur. Keçən ilin yanvar-oktyabr aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilib.
 
Ölkədə istehsal edilən avtomobillərin satışına gəlincə, noyabrın 1-ə 168 avtomobil, yəni istehsal edilən avtomobillərin 27,5 faizi satılmayıb. Ancaq keçən il 30 ədəd minik avtomobili istehsal edilsə də, satıcı tapmamış avtomobillərin sayı bundan 4 dəfə çox – 132 ədəd avtomobil olub. Bunların əksəriyyəti 2016 və daha öncəki illərdə istehsal edilmiş minik avtomobilləri olub.
 
Ölkəyə idxal edilən minik avtomobilləri də artır. Bu ilin yanvar-sentyabr aylatında   247 milyon 625,3 min dollar dəyərində 14 min 680 ədəd minil avtomobili idxal olunub ki, bu da keçən ilin anoloji dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 

Digər xəbərlər