Avto

Avtomobil idxalında sürət düşmür - BÖYÜK ARTIM DAVAM EDİR

Avtomobil idxalında sürət düşmür - BÖYÜK ARTIM DAVAM EDİR | FED.az
11:12 16 Okt 2019

Azərbaycana avtomobil idxalının sürəti azalmır. 

FED.az xəbər verir ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çox avtomobil idxal olunub. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında 16 min 382 nəqliyyat vasitələri idxal olunmuşdusa da bu ilin yanvarında 2 min 512 ədəd, fevralında 2 min 657 ədəd, martında 2 min 809 ədəd, aprelində 3 min 717 ədəd, mayında 3 min 890 ədəd, iyununda 3 min 155 ədəd, iyulunda 4 min 234 ədəd, avqustunda  3 min 721 ədəd, sentyabrında 4 min 213 nəqliyyat vasitəsi idxal edilib.  

Bu ilin 9 ayında Azərbaycana 27 min 825 ədəd minik avtomobili, 371 ədəd avtobus, 2 min 597 ədəd yük avtomobili və 115 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə 14 min 680 ədəd minik avtomobili, 110 ədəd avtobus, 1 507 ədəd yük avtomobili və 85 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Digər xəbərlər