2018-ci ilin 1-ci rübündə Azərbaycana 3 506 ədəd nəqliyyat vasitəsi idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,45 dəfə artıb. 2017-ci ilin ilk rübündə Azərbaycanda 1 431 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
Minik avtomobillərinin idxalı 1185 ədəddən 3158 ədədə qalxıb.
