Avto

Avtomobil idxalı artır - RƏQƏMLƏR

Avtomobil idxalı artır - RƏQƏMLƏR | FED.az
20:26 17 Dek 2018

Bu ilin 2018-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 17 min 345 ədəd minik avtomobili idxal olunub.
 
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
 
ELƏCƏ DƏ BAX: Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirilib
 
Yük avtomobillərinin idxalında isə 2,2 dəfə artım olub. Yanvar-oktyabr aylarında ölkəyə 1722 ədəd  yük avtomobili gətirilib. Bu müddət ərzində Azərbaycana 179 ədəd avtobus  idxal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz çoxdur.

Digər xəbərlər

Banner