Banner

Avto

Avtomobil idxalı - 2 DƏFƏYƏ YAXIN ARTIB

Avtomobil idxalı - 2 DƏFƏYƏ YAXIN ARTIB | FED.az
17:39 16 Dek 2019

Azərbaycana avtomobil idxalı artıb. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 39 min 988 ədəd avtomobil idxal olunub. Bu göstərici 2018-ci ilin yanvar-noyabr dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-noyabr dövründə ölkəmizə 22 min 714 ədəd avtomobil idxal olunub.

Eləcə də bax:Azərbaycanda avtomobil satışları da – ONLAYN KASSAYA VURULACAQ - YENİLİK

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 36 min 61 ədəd minik avtomobilləri, 494 ədəd avtobus, 3 min 261 ədəd yük avtomobili və 172 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

​Məlumat üçün bildirək ki, 2018-ci ilin yanvar-noyabr dövründə ölkəmizə 20 min 429 minik avtomobili,  235 ədəd avtobus, 1 938 ədəd yük avtomobili və 112 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Digər xəbərlər

Banner