Son 1 ildə Bakıda avtomobil bazarında yeni tendensiya formalaşıb, insanlar artıq kiçik mühərrikli avtomobillərə üstünlük verir.
Eləcə də bax: Avtomobilə vinil çəkdirmək qadağandır? – AÇIQLAMA
FED.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Vaqif Hüseynov deyib.
V.Hüseynov bildirib ki, avtomobil bazarında 20 min manatdan bahalı avtomobillərin satışında durğunluq müşahidə edilir:
“Bahalı seqmentə aid olan avtomobillər Aİ95 və Aİ98 markalı yanacaq növlərindən istifadə etdiyinə görə və həmin yanacaq növlərinin qiymətində də bahalaşma olduğu üçün bu avtomobillərə maraq xeyli azalıb, satışında durğunluq var".
Ekspertin sözlərinə görə, əvvəllər insanlar mühərrik həcmi böyük olan avtomobillərə üstünlük verirdilər, indi isə əksi baş verir: “Biz həmişə deyirdik ki, Avropada insanlar kiçik və ekonom avtomobillərdən istifadə edir. Artıq son bir ildə Bakıda da bu tendensiya formalaşmağa başlayıb. İnsanlar kiçik mühərrikli, salonu nisbətən geniş avtomobillərə üstünlük verirlər. Əvəllər prestij üçün daha çox bahalı avtomobillərə üstünlük verilirdi və onun yanacağına xərclənən vəsaiti nəzərə almırdılar. Artıq avtomobilin ekonomluğuna diqqət edilir”. (Trend)