Son dövrlər ikinci əl avtomobil bazarında satışın vəziyyəti qənaətbəxş deyil. Belə ki, satıcılar əvvəlki illərə nisbətən alıcı sayının azlığından şikayətlənirlər.
FED.az paytaxtın Badamdar ərazisində yerləşən avtomobil bazarında satışla bağlı son durumu araşdırıb. Məlum olub ki, xüsusən bu ilin ilk üç ayı ərzində avtomobil satışları olduqca aşağı olub.