Bəzi KİV orqanlarında “Avtokapital Azərbaycan” şirkətinə qarşı ticarət etikasına riayət olunmaması ilə bağlı səsləndirilən ittihamlara cavab olaraq, rəsmi şəkildə bildiririk ki, xəbər agentliyində yayılan məlumatların heç bir əsası yoxdur.
“Mercedes-Benz” şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan “Avtokapital Azərbaycan” MMC uzun illərdir ki, yalnız Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Həm xarici, həm də yerli tərəfdaşların təşkil etdiyi çoxsaylı auditlər bunu bir daha sübut edir.
Eyni zamanda, şirkət təxminən 10 ildir ki, informasiya sahəsində sıx və səmərəli əməkdaşlıq həyata keçirir. Hər zaman fərqli rəylərə qarşı açıq olan şirkətimiz, həmçinin söz azadlığı və məlumatların yayılması prinsiplərinə riayət edir.
Onu da nəzərinizə çatdırmaq istəyirik ki, “Avtokapital Azərbaycan” şirkəti dəfələrlə dövlət vergi xidmətləri tərəfindən maliyyə şəffaflığına malik ən yaxşı vergi ödəyicisi kimi fərqləndirilib.