Ötən bazar günü Səudiyyə Ərəbistanında iki min qadın sürücülük vəsiqələrini alaraq sükan arxasına keçmək hüququ əldə ediblər.
FED.az xəbər verir ki, “Audi” markası isə 1950-ci ildən bəri davam edən qadağanın aradan qalxmasını incəliklərlə dolu kommunikasiya kampaniyası ilə insanlara çatdırıb.
Tarixi dəyişikliyi qeyd etmək üçün reklam filmi modern Səudiyyəli evli cütlüyünün həyatına fokuslanır. Filmdə lüks evlərindən bərabər çıxmağa hazırlanan cütlüyü görürük. Reklam çarxında qadının yoldaşı davamlı olaraq ona qapılar tutur. Reklam filminin sonu isə sürpriz olsun.
- Səudiyyədə qadınların sürücülük qadağaları aradan qalxmış ola bilər. Amma yox artıq! deyə biləcəyiniz qadağalar isə hələ də Səudiyyə Ərəbistanında davam edir və bu qadınların kişi suverenliyi altında necə əzildiyini göstərir.
- Səudiyyə qadınlar bank hesabı aça bilmir: Səudiyyə qadınlarının səs verməsi iki il öncə aradan qalxmış olsa da, onlar bu gün tək bank kartları aça bilmirlər. Qaydalara görə, hər qadının yanında ona qəyyumluq edəcək kişi olmalıdır.
- Kişi yoxdursa qadına pasport da yoxdur: Bir öncəki qadağada olduğu kimi qəyyumluq sistemi burada da özünü göstərir. Qadın pasport almaq, başqa bir ölkəyə səyahət etmək üçün atasından, yoldaşından, əgər qadın duldursa, o zaman oğlundan icazə istəməlidir.
- Evlilik və boşanma qərarlarını qadın vermir: Evlənmək və boşanmaq da Səudiyyə Ərəbistanında qadının verəcəyi qərar deyil. Bu qorxunc qadağa qadınların istəmədikləri şəxslərlə evlənmələrinə, istismar edilmələrinə səbəb olur. Qazandıqları maaş da qadınlara qalmır, bunu da kişi qəyyumlarına ötürməlidirlər.