Məşhur “Audi” şirkəti Almaniyada dizel avtomobillərində zərərli tullantılarla bağlı rəqəmlərin təhrif olunduğu üçün 800 milyon avro cərimə ödəməlidir.
FED.az xəbər verir ki, bu barədə “Audi”nin daxil olduğu “Volkswagen” qrupu məlumat yayıb.
Qrupun saytında yerləşdirilən bəyanatda qeyd olunur ki, ”Audi” şirkətinin istehsal etdiyi V6 və V8 dizel mühərriklərinə və avtomobillərə dair mövcud tələblərə əməl olunmamasına görə şirkətə qarşı Münhen prokuroru tərəfindən 800 milyon avro məbləğində cərimə olunmaq barədə inzibati əmr verilib. Qeyd olunur ki, “Audi AG” bu cəriməni qəbul edib.
Bəyanatda həmin cərimənin şirkətin maliyyə vəziyyətinə təsir edəcəyi də qeyd olunur.