Almaniyanın lüks avtomobil istehsalçısı Audi-nin “Q” seriyasının ən üst modeli - Audi Q8 Bakıda təqdim edildi.
FED.az "Marja"ya istinadən xəbər verir ki, 13 oktyabr tarixində keçirilmiş təqdimat mərasimində bildirildi ki, Audi Q8, Q7-dən cüzi qısa olsa da salonu daha genişdir.
Son dövrdə bütün dünyada SUV avtomobillərə, o cümlədən premium SUV seqmentində olan avtomobillərə tələb artıb. Avtomobil istehsalçıları da qlobal miqyasda artan SUV tələbini ödəmək üçün əllərindən gələni edirlər.
Audinin Q8 modeli Coupe SUV seqmentinə aid olan Range Rover Sport, BMW X6 və Mercedes-Benz GLE Coupe kimi modellərə rəqib olmaq istəyir.
Q8 modeli, 340 at gücündə 3.0 L mühərrik ilə təchiz olunur. Ötürmə - daimi tam çəkimli quattrodur. Avtomobil 0-100 km/saat sürətə 6 saniyəyə çatır və maksimum sürət 232 km/saatdır.
QİYMƏTİ
Yeni Audi Q8 avtomobilinin qiyməti 65-85 min avro arasındadır.