2021-ci ildə dünyada satılmış hər 100 avtomobildən 10-u (10%-i) elektrikli olub. Halbuki, 2019-cu ildən elektromobillərin xüsusi çəkisi cəmi 2% idi".
Eləcə də bax: Xaricdən gətirilən avtomobillər üçün – AKSİZLƏR ARTIRILACAQ – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) prezidenti Fatih Birol bildirib.
Onun sözlərinə görə, son illər dünyada bərpa olunan enerji mənbələrinin hesabına ekoloji təmiz enerji sistemi yaranıb. Elektrikli avtomobillər isə bu sistemin əsas sütunlarından biridir.
"Hazırda elektromobil bazarı ən sürətlə Çində inkişaf edir. Bu ölkədə satılan hər 100 avtomobildən 15-i elektriklidir. İnkişaf sürətinə görə, Avropa İttifaqı 2-ci, ABŞ isə 3-cü yerlədir.
Elektrikli avtomobillər daxili yanma mühərrikli avtomobillərdən bahadır, lakin 10 il əvvəl əgər onların akkumlyatorlarının qiyməti 1 100 ABŞ dolları idisə, hazırda 120 dollara düşüb", - deyə F.Birol qeyd edib.