Texnologiya nəhəngi “Apple” öz elektromobilini yaratmaq ideyasından imtina etmək və bu istiqamətdə bütün işləri dayandırmaq, diqqətini süni intellekt (AI) texnologiyalarının inkişafına yönəltmək qərarına gəlib.
“Apple” sürücüyə yardım funksiyalı elektromobil - İSTEHSAL EDƏCƏK
FED.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, 10 ilə yaxındır üzərində işlər davam edən layihənin bağlanması barədə qərar çərşənbə axşamı şirkət daxilində bu sahədə çalışan 2 min işçi arasında elan edilib.
“Apple” mütəxəssisləri 2014-cü ildə bu layihə üzərində işləməyə başladılar və 2021-ci ildə onun yaxın 5-7 il ərzində tamamlanmasının mümkünlüyündən danışırdılar. Konsepsiyada elektromobilin adi sükan və pedalların olmayacağı nəzərdə tutulurdu, belə bir avtomobildə hərəkətin təhlükəsizliyini təmin etmək üçün kompleks köməkçi mexanizmlər sistemi hazırlanmışdır. (Banker.az)