İsveç avtomobil şirkəti "Volvo"nun yeni elektromobili "Polestar 2"nin satışa çıxarılacağı tarix açıqlandı.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, daha öncə buraxılmış "Polestar 1"dən 3 dəfə ucuz olacaq model 2020-ci ilin yanvar ayından etibarən satışa çıxarılacaq.
Elektromobilin ən diqqət çəkən xüsusiyyətlərindən biri də elektronik sisteminin tamamilə "Google" tərəfindən hazırlanmasıdır. Əsas panelində 11,1 düymlük LCD ekran yerləşdirilən modelin Android Auto sistemi hələ ki, sınaq mərhələsindədir və "Google Maps", "Google Assistant" və "Google Play Store" ilə əlaqəli çalışacaq.
Qeyd edək ki, "Polestar 2"nin qiyməti 60 avro, daha az özəlliklərə malik variantının qiyməti isə 40 avro oloacaq.