Ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı kreditlərdə ilkin ödənişin azaldılması Azərbaycanda avtoparkın yenilənməsinə töhfə verəcək.
Eləcə də bax: Azərbaycana elektromobillərin idxalı - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev deyib.
O bildirib ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” oktyabrın 1-dən qüvvəyə minəcək.
"Düşünürük qaydaların təsdiq edilməsi və bu qaydalar əsasında bankların bazara məhsullar çıxarması maliyyə əlçatanlığının artırılmasında mühüm rol oynayacaq, elektrik və hibrid avtomobillərin istifadəsinin genişləndirilməsinə şərait yaradacaq", - deyə Samir Rzayev əlavə edib. (Apa)