Azərbaycanda işlənmiş avtomobil almaq istəyənlər həmin maşının indiyədək qəzaya düşüb-düşmədiyini öyrənə bilərlər.
FED.az xəbər verir ki, bu İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemindən istifaə etməklə mümkündür.
Hazırda istənilən icbari sığortalı şəxs İSB-də sistemə daxil olaraq öz sığorta tarıxçəsinə və hazırda qüvvədə olan icbari sığorta müqavilələrinə baxa bilər.
Bura avtomobilin icbari sığortası, mənzilin sığortası və istehsalatda bədbəxt hadisələrdən sığorta aiiddir. Məsələn istənilən vətəndaş bu sistem vasitəsilə öyrənə bilər ki, iş yerindən onu sığortalayıblarmı (qanuna görə, işçiləri işəgötürən sığortalamalıdır, etməsə cərimələnir – FED.az) və ya bu zaman onun məvacibini nə qədər göstəriblər.
Eyni formada istifadəçi öz avtomobilinin sığortalı olub olmadığını, sığorta ilə bağlı detalları, eləcə də avtomobilin sığorta tarixçəsini, yəni sığorta dövründə onunla baş verən hadisələri görə bilər.
İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov FED.az-a bildirib ki, bunun üçün istifadəçilər İSB-nin internet səhifəsində «Asan imza» və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə sistemə daxil olmalıdırlar: «Bununla da şəxs hal hazırda qüuvvədə olan və bundan əvvəl olan sığorta müqavilələri, indiyədək sığortalanan nəqliyyat vasitələri və onlarla bağlı baş verən bütün hallarla tanış ola bilir».
İSB-nin yaratdığı bu imkan indiyədək olduqca böyük maraq doğuran - nəqliyyat vasitələrinin qəza keçirib keçirmədiyini yoxlamaq üçün yeni imkandır. Məsələ bundadır ki, avtomobil sığortalamış şəxs sistemə daxil olaraq onunla bağlı bütün məlumatları, o cümlədən avtomobilin sığorta tarixçəsini öyrənə bilər.
Avtomobili almaq istəyən şəxs – hansı ki, göstərilən məlumat ilk növbədə ona maraqlıdır – özü birbaşa bu məlumatı görə bilməsə də, alıcı ilə birlikdə sistemə daxil olaraq avtomobilin qəza tarixçəsi ilə tanış ola bilər. Bunun üçün sadəcə maşını satan şəxsdən bunu tələb etmək lazımdır, satıcı bundan imtina edə bilməyəcək.
Bu sistemə daxil olanda avtomobilin indiyədək törətdiyi qəzalar və ona görə ödənişlər, eləcə həmin avtomobilə qarşı törədilən qəzalar və bu qəzalara görə onun sahibinə edilən ödənişləri izləmək mümkündür.
Almaq istədiyim avtomobilin sahibinin İSB-dəki kabinetinə daxil olmaqla həmin avtomobillə bağlı baş verən hadisələri görmük mümkündür, «Amma bu halda yalnız avtomobilin o şəxsə məxsus olduğu müddətdə baş verən hadisələri görmək mümkündür. Yəni hər kəs özünə məxsus olan məlumatları görə bilər»-deyə R.Əhmədov bildirib.