2011-ci ildən bəri ardıcıl 9 ildir Almaniyanın 1 nömrəli mühərrik yağı brendi seçilən “LIQUI MOLY” Azərbaycanda öz fəaliyyət dariəsini genişləndirməkdə davam edir.
FED.az xəbər verir ki, yüksək keyfiyyətli mühərrik yağları ilə yanaşı geniş çeşiddə yanacaq və yağ qatqıları istehsal edən “LIQUI MOLY” şirkəti özünün "Ekspres Servis" konsepsiyası ilə də dünyada məşhurdur.
Bu konsepsiyanın özəlliyi avtomobillərdə istifadə olunan bütün növ yağ və mayelərin, həmçinin bu məhsullarla əlaqədar bütün növ xidmətlərin bir satış nöqtəsində təqdim olunmasıdır. "LIQUI MOLY Ekspres Servis" məntəqələrində avtomobillərin mühərrik və digər aqreqatlarında yaranan və bahalı təmir işləri ilə nəticələnə bilən problemlərin öncədən müəyyən olunması və qarşısının alınması üçün xüsusi avadanlıqlardan, yuyucu, təmizləyici və yağlayıcı maddələrdən istifadə olunur.
Eləcə də bax:Azərbaycanda avtomobil satışları da – ONLAYN KASSAYA VURULACAQ - YENİLİK
Mühərrikin yağ və yanacaq sisteminin təmizlənməsi bahalı aqreqatları aşınma və korroziyadan uzun müddət qoruyur, bahalı təmir işlərinin qarşısını alır, yanacaq sərfiyyatını azaldır və bununla da xərclərə qənaət etməyə imkan verir.
Dünyanın ən nəhəng avtokonsernlərinin etibarlı partnyoru olaraq tanınan "LIQUI MOLY" 4000-dən çox çeşiddə mühərrik və transmissiya yağları, yanacaq və yağ qatqıları, avtomobilə qulluq vasitələri istehsal edir. "LIQUI MOLY" bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da öz məhsullarının satışını bazara birbaşa yox, müstəqil idxalçı - partnyorlar vasitəsilə həyata keçirir. Azərbaycanda bu partnyor, brendin eksklyuziv təmsilçisi olan “Azinterservice Co.” firmasıdır. “LIQUI MOLY” Azərbaycanda 20 ildir ki təmsil olunur və şirkətin daxili qanununlarına əsasən, bütün məhsullar yalnız Almaniyada istehsal olunur və birbaşa Azərbaycana çatdırılır. "2011-ci ildən bəri ardıcıl 9 ildir Almaniyanın 1 nömrəli mühərrik yağı brendi seçilən “LIQUI MOLY”dir
Azərbaycanda ilk " LIQUI MOLY Ekspres Servis" məntəqəsinin fəaliyyətinə dəstək olmaq məqsədilə şirkətin Azərbaycan üzrə məsul əməkdaşı Andreas Maydel və texniki təlim mütəxəssisi Rustam Kazarinov yeni məhsulların təqdimatını etmiş, onların istifadə qaydası və son texnoloji yeniliklər haqqında məlumatların çatdırılması üçün mərkəzin əməkdaşlarına təlimlər keçiblər.
Məlumat üçün bildirək ki, " LIQUI MOLY Ekspres Servis" Şamaxinka deyilən ərazidə Mərd Petrolun arxasında yerləşir. Daha dəqiq desək Bakı ş. Asif Məhərrəmov küç. 80 də yerləşir.
Servisin işi vaxtı hər gün 9:00-dan 23:00-dəkdir. Maraqlananlar 012 409 66 36 və ya 050 554 47 03 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.