Almaniyanın iki böyük lüks avtomobil istehsalçısı Daimler və BMW, avtomobil kirayəsi, paylaşımı, park və enerji doldurma xidmətlərini əhatə edən xidmətlərini (Mobility Services) birləşdirmək qərarı veriblər.
Mercedes-in daxil olduğu Daimler və BMW quracaqları şirkətdə 50-50 faiz paya malik olacaqlar. İki şirkət, əsas fəaliyyət sahələrində isə rəqabət aparmağı davam etdirəcəklər.