Almaniyanın və dünyanın ən böyük avtomobil istehsalçılarından olan «Volkswagen» işçilərinin məşğulluğunun təmin ediləcəyi milə bağlı verdiyi zəmanəti ləğv edib. Bununla da şirkət işçilərin ixtisarına yol açıb.
Qazaxıstanda «Kia Sorento» və «Kia Sportage»lərın istehsalı başlayır – İLDƏ 70 MİN AVTOMOBİL!
«Volkswagen» rəhbərliyi öz əməkdaşları üçün məşğulluq zəmanətini ləğv edib. Məşğulluq zəmanəti – sadə şəkildə desək, işçilərin hökmən işlə təmin ediləcəyi ilə bağlı öhdəlikdir.
«Volkswagen» bu qaydanı 1994-cü ildə tətbiq edib və indiyədək qüvvədə olan bu qayda işçilərin əmək kitabçalarında da qeyd edilirdi. tem samım otkrıv putğ k vozmojnım sokraheniəm personala. «Bild» qəzeti yazır ki, yeni qayda şirkətdə işçilərin ixtisarına imkan yaradır və böyük ehtimalla şirkət ixtisaslara başlayacaq .
Zəmanətin müddəti 2029-cu ilə qədər idi, yeni qərardan sonra isə bu müddət 2025-ci ilin iyuluna qədər azaldılıb.
Bir qədər əvvəl yayılan məlumatlara görə, «Volkswagen» bəzi zavodlarını bağlamağa və işçilərin bir hissəsini ixtisar etməyə hazırlaşır.
«Volkswagen»in rəhğəri Oliver Blume qənaət tədbirlərini Avropa avtomobil bazarına yeni oyunçuların daxil olması ilə əlaqələndirib.