Çin avtoehtiyat hissələrinin satıcılarını AliExpress platformasına dəvət etməyi planlaşdırır.
FED.az xəbər verir ki, 2020-ci ilin ikinci yarısında AliExpress platformasına avtomobil satıcıları və avtohissələri satacaq səlahiyyətli təchizatçılar cəlb olunacaq.
Saytda artıq avtomobillər üçün məhsullar və aksessuarlar mövcuddur. Lakin bu məhsullar yalnız Çin istehsalıdır. Qeyd edək ki, saytda məhsulların bu növü ən sürətli inkişaf edən sahələrdən biridir. Ona olan marağın artımı mövsümdən asılı deyil və bəzi kateqoriyalarda ildən ilə 20-50% arasında dəyişir.
2019-cu ilin mart ayında AliExpress, avtomobil sifarişlərinin mövcud olmamasına baxmayaraq, avtotərəfdaşı Chery-nin köməyi ilə Rusiya istifadəçiləri üçün avtomobil satışlarına başladığını elan etdi.
TED.az