Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 21 oktyabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən növbəti hərracda bir neçə dövlət qurumunun balansında olan avtomobillər yeni sahiblərinə satılıb.
“Azərbaycan Beynəlxalq Bankı”nın avtomobilləri hərraca çıxarılır - SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərracda ilk olaraq Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin tabeliyində olan "Mərkəzi Klinika" MMC-yə məxsus Fiat Albea markalı minik avtomobili satışa çıxarılıb. 2007-ci il istehsalı olan bu avtomobilin ilkin satış qiyməti 3 500 manat olub və eyni məbləğə də satılıb.
Hərracda ən diqqətçəkən satışlardan biri Masallı Rayon İcra Hakimiyyətinin Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus QAZ 3110 101 markalı minik avtomobili olub. 2003-cü il buraxılışlı bu nəqliyyat vasitəsi 950 manat start qiyməti ilə təklif edilib, lakin rəqabət nəticəsində 1 509,5 manata satılıb.
Digər avtomobil isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin balansında olan Mercedes-Benz S350 markalı avtomobil olub. 2005-ci ildə istehsal edilmiş bu minik avtomobili 7 500 manat ilkin qiymətlə satışa çıxarılıb və eyni məbləğə satılıb.
Bütün satışlar üzrə protokollar 35/25 nömrəli və 15 avqust 2025-ci il tarixli sənədlərlə rəsmiləşdirilib. Ümumilikdə, hərracda satılan avtomobillərin yekun satış məbləği 12 509,5 manat təşkil edib.