«Audi» şirkətinin Azərbaycandakı rəsmi distributeri köhnə «Audi» sahiblərinə yeni avtomobil təklif edir. FED.az xəbər verir ki, şirkətin elan etdiyi kampaniyaya görə, köhnə avtomobili olanlar maşınlarını şirkətə təhvil verməklə, yeni «Audi» modelləri ala bilərlər.
Şirkətdən FED.az-a bildirilib ki, bu kampaniya heç də bütün köhnə maşınları deyil, buraxılış ili 2010-cu ildən sonra olanları əhatə edir. Həmin «Audi»lərin sahibləri maşınlarını gətirib salona təhvil verib yerinə yeni Audi modellərini kreditə götürə bilərlər.
Şirkətdən verilən məlumata görə, «Audi Bakı» mərkəzində atomobilin krediti üçün ilkin ödəniş 40% tələb olunur. Köhnə avtomobilin dəyəri yeni maşının qiymətinin 40%-ni ödəyirsə, o zaman əlavə ilkin ödənişə ehtiyac yoxdur.
«Audi Bakı» mərkəzində bildirilir ki, salon müştəridən aldığı köhnə «Audi»ni ya öz salonlarında satışa çıxarır, ya da avtombil satışı ilə məşğul olan fiziki şəxslərin vasitəsilə satır.