Yaxın iki həftə ərzində Ağdamda elektrik avtomobilləri üçün enerjidoldurma cihazları quraşdırılaraq istifadəyə veriləcək.
Çində elektrik avtomobili satışları yeni rekord qırdı
FED.az xəbər verir ki, bunu "Charge.az" şirkətinin əməliyyatlar üzrə direktoru Nicat Əbdülməcid deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə Ağdamda iki ədəd cihazın quraşdırılması nəzərdə tutulur. "Hazırda enerjidoldurma cihazları Şuşa şəhərində quraşdırılıb. Ümumilikdə ölkənin bir çox rayonlarını əhatə etmək niyyətindəyik ki, bu, sürücülər üçün müsbət bir stimul olsun və onlar yaşıl enerjiyə keçid etsinlər",- N.Əbdülməcid qeyd edib. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)