ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) Almaniyanın avtomobil istehsalçısı "BMW AG" şirkətinin satış hesabatlarını araşdırmağa başlayıb.
FED.az xəbər verir ki, "BMW" sözçüsü Fil Dilaneyi açıqlamasında avtomobil istehsalçısının araşdırma müddətində "SEC" ilə tam əməkdaşlıq edəcəyini bildirib.
Eləcə də bax: «Mercedes»in gəlirləri azalıb – BÖYÜK İXTİSARLAR BAŞLAYIR
Xatırladaq ki, keçən ay "BMW" Almaniyanın antiinhisar idarəsi tərəfindən polad alışlarında yol verdiyi qanun pozuntularına görə təxminən 28 mlrd avro (31 mlrd dollar) cərimələnib.
Report