Çinin məşhur avtomobil istehsalçısı olan «SAIC-GM» şirkəti «Buick Velite 6» elektrik sedanını rəsmi olaraq təqdim edib.
FED.az xəbər verir ki, maşının Çində təklif olunan pərakəndə satış qiyməti 15 400 dollardır, lakin ilk 5 000 alıcı bu elektromobili 13 700 dollara ala biləcək.
«Buick Velite 6» iki variantda təklif olunub, onlar oxşardır, bahalı mobel əsasən şüşə lyuk və arxa görüntü kamerasının olması ilə fərqlənir. Hər iki model eyni ölçülərə malikdir: uzunluğu 4673 mm, eni 1817 mm və hündürlüyü 1519 mm, təkər bazası 2660 mm.
Yeni avtomobil «Buick BFI» modelinin kuzasından istifadə edilməklə buraxılıb, amma kuzaya yeni elementlər əlavə edilib ki, akakumulyatorları zərbədən qorusun. Alıcılar bu maşınları üç rəngdə seçə bilərlər: gümüş, mavi və ya ağ.
«Velite 6» elektromobili CLTC standartı üzrə 430 km məsafə qət etmək imkanı verən 50,3 kVt/saat tutumlu LFP akkumulyatoru ilə təchiz edilib.
Elektrikli sedan maksimum 176 at gücü hasil edə bilən tək ön mühərriklə təchiz edilmişdir və maksimum fırlanma anı 265 N•m.
Maşının mühüm xüsusiyyəti - cəmi 30 dəqiqə ərzində 30%-dən 80%-ə qədər sürətli şarjı dəstəkləyir.
Salonda 10 düymlük LCD displey paneli və 10 düymlük sensor ekran, PM2.5 filtr elementi və kondisioner var.