Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 5 131-ə çatıb.
Bakıda ucuz taksi tapmaq problemə çevrilib - VİDEO
FED.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.
Bu tarixdən taksilərdə minimal gedişhaqqının 4.50 manat olacağı bildirilir - AYNA-DAN AÇIQLAMA
"Təlim keçən sürücülərin sayı isə 21 879-a çatıb", - deyə agentlik bəyan edib.
Qeyd edək ki, yeni qaydalarla taksi icazəsi alanlar ölkədəki ümumi taksi sayının cəmi 8 faizidir.
Belə ki, bir qədər əvvəl açıqlanan rəsmi məlumatlara görə, təkcə Bakıda 67 min taksi fəaliyyət göstərir.
Bir qədər əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib ki, taksi sürücülərinin ortalama iş saatı 14-15 saatdır. “Məqsədimiz ondan ibarətdir ki, iş saatı azaldılsın, 8 saat edilsin. Yəni qiymətlərin tənzimlənməsi hesabına sürücülər nə qazancından, nə də işindən məhrum olacaqlar”, - deyə o əlavə edib.
Qeyd edək ki, qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları, buraxılış kartları, buraxılış vəsiqələri və digər tələblər müəyyən edilir.