Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində istifadəyə verilən Nəqliyyat qovşağından avtomobillərin istifadəsi artıq ödənişlidir.
FED.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. Onun sözlərinə görə, qovşaq ərazisində parkomatlar quraşdırılıb.
“Nəqliyyat qovşağından avtomobillərin istifadəsinə görə taariflər avtovağzalın digər giriş-çıxış hissəsində olduğu kimidir. Avtomobillərin qaldığı müddətə əsasən ödəniş olunmalıdır”.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan tariflər belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər.
Eləcə də bax: Bu gün bu yollarda hərəkət məhdudlaşdırılır - SİYAHI
©Azvision
Nəqliyyat qovşağından avtomobillərin istifadəsi artıq ödənişlidir - 4 MANATA QƏDƏR
14:58
10 May 2019