“Audi” şirkəti dizel mühərrikli (V-TDI) 64 min avtomobilini geri çağırır.
FED.az-ın məlumatına görə, Almaniya Federal Nəqliyyat İdarəsi “Audi”-yə mühərriklərin proqram təminatını yeniləməyə icazə verib.
ELƏCƏ DƏ BAX: Bakıda işlənmiş "Gelandewagen"lərin - QİYMƏTLƏRİ
Bura A6, A7 Sportback, A8, həmçinin “SUV Q5” və “SQ5 TDI? Modelləri daxildir.
Şirkət bəyan edib ki, mühərrikin idarəetmə sistemi ilə əlaqədar bir neçə proqram elementi çıxarılacaq. Paralel olaraq bir neçə avtomobil modelində sensor sistemi yenilənəcək. Yenilənmə avtomobil sahibləri üçün pulsuz olacaq. Avtomobillərdə proqram elementi ilə bağlı aparılacaq dəyişikliklər yanacaq sərfiyyatına, CO2 qazlarının buraxılışına, mühərrikin gücünə, səsinə təsir etməyəcək.
64 min avtomobilini geri çağırır – SƏBƏB
20:52
6 Dek 2018