«Geely» şirkəti özünün məşhur elektrik avtomobili olan «Panda Mini EV»in qiymətini kəskin aşağı salıb və Çində ömürlük zəmanət verir.
Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA
FED.az xarici mətbuata istinadən xəbər verir ki, istehsalçı endirimlə yanaşı, 180 ABŞ dolları dəyərində pulsuz şarj cihazı, qeyri-kommersiya sahibləri üçün elektrik avtomobil sürücüsünün əsas komponentlərinə (ötürücü, mühərrik və s.) ömürlük zəmanət və bir il müddətinə faizsiz kredit təklif edir.
«Panda Mini»nin satışı bu ilin fevralında başlayıb və o, 5500-8200 dollar arasında dəyişən qiymətlərlə təklif olunur.
Fevral ayında satışa çıxarılandan bəri bu avtomobildən 65 000 ədəddən çox satılıb. Hazırda ayda təxminən 7000 ədəd avtomobil satılır.
«Panda Mini»nin baza variantında 9,61 kVt/saat batareya və 27 at gücündə elektrik mühərriki var. Gediş məsafəsi CLTC metodu ilə 120 km-dir.
Daha yüksək variantda isə maşının batareyasının tutumu 17,03 kVt/saat, mühərrikin gücü isə 41 at gücü təşkil edir. Gediş məsafəsi CLTC metodu ilə 200 kilometr təşkil edir.