«Naftoqaz»ın idarə heyətinin sədrinin müşaviri özünə 500 min dollara «Bentley» aldığına görə işdən qovulub.
Eləcə də bax: Ukraynada ÜDM bu rübdə - 15% AZALIB
FED.az xəbər verir ki, «Naftoqaz Ukraina» bu qərarı mətbuatda sədrin müşaviri Oleq Didenkonun özünə 500 min dollara bahalı «Bentley Bentayaga» avtomobili aldığı barədə məlumat yayılandan sonra qəbul edib.
Bir qədər əvvəl isə «Ukroboronprom» şirkəti «Antonov» zavodunun baş direktoru Sergey Bıçkovu işdən azad etmişdi. Buna səbəb onun müharibə yeni başlayanda dünyanın ən böyük nəqliyyat təyyarəsi olan An-225 «Mriya»nın məhv olmaqdan qoruya bilməməsi olub.
Qeyd edək ki, «Mriya» təyyarəsi fevralın 24-dən martın 3-dək olan olan dövrdə rus desantları «Qostomel» aerodromuna düşəndən sonra baş verib.