BNA-nın qanunsuz parklanmaya intelektual nəzarət kameraları dayanma və durma qaydalarının pozulması ilə bağlı bir gündə 3500-dən artıq fakt qeydə alıb.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulamsı halları qeydə alınır. İnsan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsi ilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub. Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib.
Sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların qurşadırılması ilə bağlı tədbirlər də davam etdirilir.
Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intelektual nəzarət sisteminin əsas kompanenti olan kameralar vasitəsi ilə əldə edilən məlumatların dövlət başçısının müvafiq fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya da təmin edilib.
Bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik.
3500-dən çox protokol yazılıb – AGENTLİKDƏN AÇIQLAMA
14:25
10 Yan 2019