İngiltərədə Sürücülərin və Nəqliyyat Vasitələrinin Lisenziyalaşdırılması Agentliyinin (DVLA) keçirdiyi hərraclarda “AJ1” unikal avtomobil nömrəsi 243 min funt sterlinqə (306,6 min dollar) satılaraq Böyük Britaniyada bu qəbildən hərracların bütün tarixi ərzində ən bahalı avtomobil nömrə nişanı olub. Bu barədə məlumatı iyulun 3-də “Daily Express” qəzeti yayıb.
TASS agentliyinin məlumatına görə, nömrəni hərraca çıxaran Şimali Yorkşir qraflığı polisinin verdiyi məlumata görə, qiymətin bu qədər yüksək olması ilk dəfə 1907-ci ildə baş konstebl, mayor ser Robert Bouerin avtomobilinə məxsus olan həmin nömrə nişanına olan böyük maraqla əlaqədardır. Qraflığın polis komissarı Culiya Malliqan deyib: “Avtomobil nömrə nişanının Şimali Yorkşir üçün tarixi əhəmiyyəti böyükdür, lakin indi onun qiyməti elə məbləğə gəlib çatıb ki, həmin vəsaiti daha böyük səmərə ilə xərcləmək olar”.
Əldə olunmuş vəsait Nortallertonda polislərin memorial bağının yaradılmasına, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi fonduna yönəldiləcək. Raritet nömrə nişanının yeni sahibinin adı açıqlanmır.
306 min dollara avtomobil nömrəsi - SATILDI
19:42
3 İyul 2019