Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən daxil olan xəbərə görə, bu hərracda 22 dövlət əmlakının özəlləşdirilməsinə vətəndaşlar tərəfindən 44 sifariş verilib. Bunlardan 9 əmlak üzrə 31 sifariş qəbul edilib. Sifaişlərdən 8-i isə elektron qaydada verilib.
11 nəfərin sifariş verdiyi Nissan Sunny markalı avtomobilin ilkin start qiyməti 2 min 300 manata olsada ən son 8700 manata özəlləşdirilib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi Cherry Eastar olub. 6 sifarişin verildiyi adı çəkilən nəqliyyat vasitəsinin ilkin start qiyməti 1600 manat olmasına baxmayaraq 5350 manata sahibini tapıb. Bundan başqa Nissan Maxima markalı avtomobil də alıcıları özünə cəlb edib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 min 600 olsa da ən son 5300 manata özəlləşdirilib.
Qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 6-ı Bakıda qalanları isə Mİngəçevir şəhərində, Ağdaş və Abşeron rayonlarında yerləşir.