2022-ci ildə Çindən Rusiyaya avtomobil idxalı 40% artaraq 117 000 ədədi keçib. Ötən il Rusiyaya ən çox avtomobil Çindən gətirilib.
Hibrid avtomobillərinə görə - 3 İL VERGİ ÖDƏNİLMƏYƏCƏK
FED.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətindən bildirilib.
"2022-ci ildə ən çox avtomobil Çindən idxal edilib. Ümumilikdə 117 mindən çox yeni avtomobil idxal edilib ki, bu da 2021-ci illə müqayisədə təxminən 40% çoxdur", - Xidmətdən bildiriblər.
"Avtostat" analitik agentliyinin yanvar ayında dərc etdiyi məlumatlara görə, 2022-ci ildə Rusiyada yeni minik avtomobillərinin satışı əvvəlki illə müqayisədə 59% azalaraq 626,3 min ədəd təşkil edib. Bu sayın təxminən 30%-i yerli brendlərin, 19,5%-i Koreya brendlərinin payına düşüb.
İlk üçlüyü Çin istehsalçıları bağlayıb: yeni minik avtomobillərinin satışının 19,2%-i onların payına düşüb. Çinlilər 2021-ci ildə Rusiya bazarının 18,5%-ni tutmuş avropalıları geridə qoyublar. (Marja)