«JD Power» portalının ekspertləri 2020-ci ilin ən etibarsız avtomobil brendlərini açıqlayıb. FED.az xəbər verir ki, bu məqsədlə 2017-ci il buraxılışlı avtomobillərə sahib olan 36 555 avtomobil sahibi arasında sorğu keçirilib. Sorğu zamanı onlar 3 illik istifadə müddətində avtomobillərin etibarlığını və dözümlüyünü qiymətləndiriblər.
Reytinq müəllifləri hesab edir ki, ümumilikdə səsləndirilən problemlərin sayı azalıb, amma bəzi brendlər əvvəlki kimi liderlərdən çox geri qalır.
FED.az bu sorğuya əsasən, 2020-ci ilin ən etibarsız 10 avtomobilini təqdim edir.
10. Subaru
Bu yapon brendi etibarsız avtomobillərin reytinqində 10-cu yeri tutur. Sorğuya əsasən, 100 avtomobil üzrə ortaya çıxan problemlərin sayı 154-dür.
9. Infiniti
Daha bir yapon brendi - Infiniti – siyahıda 9-cu yeri tutur. Bu markada 100 avtomobilə 155 problem ortaya çıxıb.
8. Dodge
Amerikan brendi - Dodge – siyahıda 8-ci yeri tutur. Bu brendin hər 100 avtomobilinə 158 problem səsləndirilib.
7. Jeep
Siyahıda yeddinci yerdə daha bir amerikan brendi Jeep gəlir. Hər 100 avtomobil üçün səsləndirilən problemin sayı 159-dur.
6. Fiat
Köhnə, amma sevimli italyan brendi - Fiat problemli avtomobillərin siyahısında 6-cıdır. Burada hər 100 avtomobilə 160 problem düşür.
5. GMC
Bu brend altında yük avtomobilləri, yolsuzluq maşınları, furqonlar və pikaplar satılır. Yəni məntiqlə bu marka etibarlı olmalıydı, amma xeyr. GMC brendinin hər 100 avtomobilinə 162 problem yığılıb.
4. Volvo
Çoxları Volvo brendini yüksək keyfiyyət və etibarlılıq simvolu sayır. Amma sorğu göstərib ki, bu belə deyil. Sorğuda məlum olub ki, hər 100 Volvo avtomobilinə 185 problem düşür.
3. Jaguar
Jaguar 2020-ci ilin ən etibarsız avtomobillərinin ilk 3-lüyündə yer alıb. Hər 100 Jaguar avtomobilinə 186 problem düşür.
2. Chrysler
Amerika brendi Chrysler etibarsız brendlərin sırasında ikinci yerdədir. JD Power-in hesabatına görə, hər 100 Chrysler avtomobili üzrə 214 problem yığılıb.
1. Land Rover
Sorğu göstərib ki, 2020-ci ildə dünyada ən etibarsız avtomobil brendi Land Rover-dir. Bu markanın hər 100 avtomobili haqqına 220 problem ortaya çıxıb.