Banner

Avto

2020-ci ilin 10 ən etibarsız - AVTOMOBİL MARKASI

2020-ci ilin 10 ən etibarsız - AVTOMOBİL MARKASI | FED.az
10:05 27 Fev 2020

“JD Power” portalının mütəxəssisləri, 2020-ci ilin 10 ən etibarsız avtomobil markalarının siyahısını açıqlayıblar.

Eləcə də bax: Azərbaycan Rusiyanın ən çox avtomobil ixracı üzrə - ÜÇLÜYÜNDƏ

FED.az Banker.az-a istinadən reytinqin 36 55 avtomobil istifadəçisi arasında keçirilən sorğu əsasında tərtib edilib.

10. Subaru

Bu yapon brendi ən etibarsız avtomobil markaları arasında onuncu yer alır. Sorğunun nəticələrinə görə, 100 avtomobilə 154 problem düşür.

9. Infiniti

Daha bir yapon brendi “Infiniti” dir ki, reytinqdə 9-cu yer alır. Hər 100 avtomobilə düşən problemlərin sayı 155-ə çatır.

8. Dodge.

Amerikan markası “Dodge” səkkizinci yerdədir. Sorğunun nəticələrinə görə, bu markanın hər 100 avtomobilinə düşən problemlərin sayı 158-ə çatır.

7. Jeep.

Yeddinci yerdə amerikan markası “Jeep” dayanır. Burada hər 100 avtomobilə düşən problemlərin sayı 159-a çatır.

6. Fiat

İtaliyanın “Fiat” markası reytinqdə altıncı yer alır. Hər 100 avtomobilə düşən problemlərin sayı 160-a çatır.

5. GMC

Bu marka altında yük maşınları, furqonlar və pikaplar satılır. Belə avtomobillərin etibarlı olması adətən şübhə doğurmur. Buna baxmayaraq, bu markanın hər 100 avtomobilinə düşən problemlərin sayı 162-ə çatır.

4. Volvo

Çoxları “Volvo” markasını keyfiyyət və etibarlılıq ilə əlaqələndirir və yanılır. Nəticələrə əsasən, hər 100 “Volvo” avtomobilinə düşən problemlərin sayı 185-ə çatır.

3. Jaguar

“Jaguar” 2020-ci ilin ən etibarsız avtomobil markaları reytinqində ilk üçlüyə daxildir. Hər 100 avtomobilə düşən problemlərin sayı 186-ə çatır.

2. Chrysler

Amerikanın “Chrysler” brendi ən etibarsız avtomobil markaları arasında ikinci yer tutur. Hər 100 avtomobilə düşən problemlərin sayı 214-ə çatır.

1. Land Rover

Sorğulanan insanların fikrincə, 2020-ci ilin ən etibarsız avtomobili “Land Rover” dir – hər 100 avtomobilə 220 problem düşür.

Digər xəbərlər

Banner