Türkiyənin Avtomobil Distribüter Dərnəyi 2017-ci ilin ən çox satılan maşınlarının siyahısını açıqlayıb. FED.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya “FİAT ECEA” markası liderlik edir. Ötən il bu avtomobildən 42 990 ədəd satılıb.
İkinci yerdə “RENAULT“ şirkətinin istehsalı olan “Megane Sedan”dır – 39 272 ədəd.
Bir qədər az – 31 265 ədəd satılan isə həmin firmanın “CLIO” (segment: B2) markasıdır.
Digər maşın markalarının satış sayı belədir:
VOLKSWAGEN PASSAT - 29 609 ədəd
TOYOTA COROLLA - 26 565 ədəd
RENAULT SYMBOL - 22 052 ədəd
FORD FOCUS - 21 333 ədəd
VOLKSWAGEN POLO - 20 484 ədəd
NISSAN QASHQAI - 19 771 ədəd
DACIA SANDERO - 18 706 ədəd