İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 12 nəqliyyat vasitəsi satılıb.
Baş Prokurorluğun "Audi"ləri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 87 sifariş qəbul edilib. Bunlardan 19-u onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 20.500 manat olan “Toyota Land Cruiser” markalı avtomobil 31.770 manata, 15.750 manat olan “Audi A8” markalı avtomobil 22.600 manata,17.500 manat olan “Toyota LC200” markalı avtomobil isə 23.700 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/JzCMc linki vasitəsilə tanış olmaq olar.
Cari ay ərzində növbəti hərrac iyunun 24-də keçiriləcək. Hərraca nəqliyyat vasitələri və texnikalar çıxarılıb.
Bakı şəhəri üzrə 18 iyun 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ | Balanssaxlayıcı təşkilatın adı | Avtonəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
1 | "Azərizolit" MMC | Toyota Land Cruiser minik | 45 AA 115 | 2006 | 16725 | 16725 | 15/25 29.04.2025 |
2 | "Azərizolit" MMC | Kia Sportage minik | 45 AA 099 | 2006 | 7950 | 7950 | 15/25 29.04.2025 |
3 | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi | UAZ 31519 minik | 10 JM 894 | 2002 | 900 | 900 | 15/25 29.04.2025 |
4 | Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi | BMW 528İ minik | 10 JS 152 | 2012 | 12250 | 16000 | 15/25 29.04.2025 |
5 | Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi | BMW 528İ minik | 10 JX 616 | 2012 | 9450 | 13300 | 15/25 29.04.2025 |
6 | Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu | Toyota LC200 minik | 90 AX 071 | 2008 | 17500 | 23700 | 15/25 29.04.2025 |
7 | Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Audi A8 minik | 99 PE 474 | 2014 | 15750 | 22600 | 15/25 29.04.2025 |
8 | Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti | Toyota Land-Cruiser minik | 44 AA 011i/o | 2007 | 20500 | 31770 | 15/25 29.04.2025 |
9 | Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi | BMW 740 Li minik | 77 YC 388 | 2006 | 8500 | 10000 | 15/25 29.04.2025 |
10 | Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi | Nissan Altima minik | 77 PB 038 | 2008 | 4450 | 4900 | 15/25 29.04.2025 |
11 | Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi | Nissan Maxima minik | 77 PB 058 | 2007 | 3000 | 3400 | 15/25 29.04.2025 |
12 | Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi | Toyota Avalon minik | 90 AH 405 | 2006 | 5500 | 6000 | 15/25 29.04.2025 |