Çinin avtomobil şirkətləri yanacağa qənaətli və ucuz yeni avtomobillər buraxmaqda davam edirlər.
FED.az xəbər verir ki, «Geely» şirkəti 100 kilometrə cəmi 4 litr yanacaq işlədən böyük sedan buraxıb.
Yeni «TANK 500» satışa çıxarıldı - 2 SAATA 12000 MAŞIN SATILDI
«Galaxy Starshine 6» avtomobilinin qiyməti 11 400 dollardan azdır.
«Geely Galaxy» şirkəti özünün yeni iri qabaritli hibrid sedanı olan «Starshine 6»nın rəsmi şəkillərini açıqlayıb. «Starshine 6» avtomobili bir qədər əvvəl buraxılmış «Galaxy A7» avtomobili ilə müqayisədə daha əlçatandır, yəni qiyməti aşağıdır və onun qiyməti 11 400- 16 400 dollar arasında dəyişir.
Yeni sedanın ölçüləri 4806 mm ×1886 mm × 1490 mm, təkər bazası 2756 mm-dir. Avtomobilin çəkisi 1505 - 1580 kq arasında dəyişir.
«Starshine 6» Thor EM-i hibrid sistemi ilə təmin edilib. Buraya 1,5 litrlik 110 at güclü mühərrik və elektror motor aiddir.
8,5 və ya 17 kVtsaat tutumu olan litium-dəmir-fosfat akkumulyatoru maşina imkan verir ki, təkcə elektriklə, yəni benzin işlətmədən, 50 və ya 100 km yol getsin. Maşının maksimum sürəti 180 km/saat, yanacaq sərfi isə 3,75-3,85 litr arasında dəyişir.