"ERNST & Young Mobil İstehlakçı İndeksi"nə görə, gələcək 12 aylıq dövrdə elektrikli vasitə satışlarında partlayış yaşanacaq.
Eləcə də bax: Əslində neçə manatlıq maşın almalıyıq? – HESABLAMA
FED.az xəbər verir ki, 13 ölkədən 9 mindən çox istehlakçılar arasında sorğu keçirilib. Sorğuya görə, iştirakçıların 41%-i gələn il elektrikli avtomobil almağı planlaşdırır.
2020-ci il Noyabr ayındakı indeksin nəticələrilə müqayisədə bu nisbət 19% artıb.
Hal-hazırda elektrikli avtomobil sahibi olan istehlakçıların 77%-i növbəti vasitəsinin də elektrikli olacağını bildirib.
Elektromobillərə olan marağın təməlində ekoloji narahatlıqlar yer alır.
Sorğuya qatılan istehlakçıların 66%-i elektrikli bir vasitə üçün daha çox ödəniş ödəməyi qəbul edə biləcəyini deyib. Növbəti avtomobilinin də elektrikli olacağını söyləyənlərdə bu nisbət 91%-ə yüksəlir.
Elektrikli avtomobil satın almağı planlaşdırmayan istehlakçılar üçün qiymət ən əhəmiyyətli faktor olaraq önə çıxır. (Marja)