O, 141 at gücünə malik mühərrikə sahib olacaq
Mazda şirkətinin avtomobilləri hazırda rəqiblərindən ən çox dizaynla, eləcə də unikal texnologiyalara malik mühərrikləri ilə fərqlənir.
FED.az məlumat verir ki, TED.az xarici mətbuata istinadən xəbər verir ki, Mazda-nın hələ də heç bir elektromobili yoxdur və olmayıb. Lakin tezliklə şirkət bu vəziyyəti düzəldəcək.
Eləcə də bax: Azərbaycanda elektromobil sürmək sərfəlidirmi? – MÜTƏXƏSSİS RƏYİ
Artıq gələn ay Tokioda keçiriləcək avtosalonda Yapon avtomobil istehsalçısı ilk elektrik avtomobilini nümayiş etdirəcək. Onun hələ adı yoxdur, prototipi isə CX-30 modelinin kuzasından istifadə edir.
Məlumdur ki, maşın 141 at gücünə malik mühərrik və 35,5 kvt·s tutumlu nisbətən kiçik batareya alacaq. Bu, maşının ilk növbədə şəhərdaxili nəqliyyat növü kimi istifadə ediləcəyini göstərir.