Hindistanda başlayan koronavirus «partlayışı», quraqlıq və dəniz daşımalarının bahalaşması dünyada əsas içkilərdən sayılan Hindistan çayının bahalaşması ilə nəticələnəcək.
Azərbaycanda çay plantasıyalarının güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR, MİSALLAR
FED.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti məlumat yayıb.
Qəzet Hindistanın çay plantasiyalarındakı vəziyyəti təsvir edir. Burada quraqlıqla yanaşı, işçilərin koronavirusa yoluxması da baş alıb gedir. Artıq Hindistan hökuməti bəzi plantasiyaları «problemli zonalar» elan ediblər. Bu ərazilərdə koronavirus daha sürətlə yayılır. Çay istehsalçıları bildirir ki, koronavirusun yayılması məhsul yığımına mənfi təsir edəcək.
Qeyd edək ki, Hindistanda koronavirus ən çox iki çay ştatında – Əssam və Qərbi Benqaliyada yayılır.
Xüsusilə Əssamda 90-dan artıq çay plantasiyasında 500 nəfər koronavirusa yoluxub.
Burada çay plantasiyalarının işəiləri üçün xüsusi tibbi mərkəzlər yaradılıb, amma dərmanlar hamıya çatmır.
Bu problemin üstünə Əssamdakı quraqlıq da gəlib. Çay istehsalçıları bildirir ki, quraqlıq səbəbindən çay yarpaqları elə kolların üstündə quruyur.
Nəticədə mart ayında cəmi 47 milyon kiloqram çay yarpağı yığılıb. Bu 2020-ci illə müqaysədə çox olsa da, 2019-cu ildn 13 milyon kiloqram azdır.
Bu barədə Forbes nəşri «Van Rees» çay şirkətinə istinadən məlumat yayıb.
Qeyd edək ki, hazırda Hindistan Çindən sonra dünyanın ən böyük çay istehsalçısıdır.
Ekspertlər bildirir ki, əgər Hindistanda məhsuldarlıq azalsa bu dünyadakı bütün çay hərraclarında qiymətləri artıracaq.
Artıq bu proses başlayıb - ərzaq məhsulları üzrə ixtisaslaşan «Mintec» analitik şirkətinin məlumatına görə, apreldə Kəlküttədə keçirilən hərraclarda çayın qiyməti əvvəlki aylara nisbətən 40% artıq olub.