Azərbaycanda fındıq fermerlərinin çoxu fındığın yığılması, qurudulması və saxlanması qaydalarını bilmədiyi üçün məhsulları keyfiyyətsiz olur. Dünya fındığının təxmini 50 %-ni istehsal edən və 60 %-ı ixrac edən Türkiyə, bu sahədə çox təcrübəlidir. FED.az "Gilan Agricultural Group" un marketinq meneceri Anar Yusubova istinadən xəbər verir ki, fermerlər aşağıdakı qaydalara riayət etsələr daha çox gəlir əldə edə bilərlər:
1. Bağa vaxtlı-vaxtında qulluq etmək
2. Məhsulu yetişməmiş yığmamaq, vaxtında yığmaq
3. Məhsulu 6 % quruluğa qədər qurutmaq, sonra onu 65 % nəmlikdə, 20 dərəcə temperaturda saxlamaq.
Bunları etsələr məhsulları quru olduğu üçün onu daha uzun müddət saxlaya bilərlər, məhsullarında çürük, bürüşük, qeyri standart ləpə miqdarı az olar, xüsusilə Azərbaycan bölgəsinə xas olan aflotoksin olmaz.
Eləcə də bax: Məhsul yığımı başladı - KİLOSU 2,5 MANATDIR
Xüsusilə vurqulamaq istəyirəm ki, aflotoksin kif mayasının ifraz etdiyi toksindir və insan sağlığına çox zərərlidir. Əsasən aflotoksin, fındıq kisələrdə nəm saxlanldığında və ya düzgün qurudulmadıqda əmələ gəlir. Avropa tərkibində aflotoksin olan məhsulları həmçinin fındığı qəbul etmir. Tərkibində aflotoksin olan məhsul aşkarlandığında, bütün partiya həmin ixracatçı ölkəyə geri göndərilir.
Fermerlərimizin əksəriyyəti elə düşünürlər ki, məhsulları nəm satsalar məhsulları ağır olacaq və daha çox qazanc əldə edəcəklər. Amma onlar nəzərə almalıdırlar ki, bütün fındıq qəbul edən zavodlar 6 %-dən yuxarı olan nəmlik hissəsini ağırlıqdan çıxarırlar. Bundan əlavə, toplam kütlədən çürük, bürüşük, mindal kimi qeyri standart fındıqlar da çıxarılır.
Gördüyünüz kimi fındığın nəm saxlanılmasının femrerə faydası yoxdur əksinə zərəri var.