“Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi” təsdiq edilib.
Azərbaycanda 1 hektar torpaq sahəsindən - NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETMƏK OLAR? – BİTKİLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi” (bundan sonra – Mexanizm) “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanın icrası məqsədilə hazırlanıb.
Torpağın varsa işə başla: 1 hektar bağ salmaq neçə başa gəlir? – HESABLAMA, MƏBLƏĞLƏR
Bu Mexanizm pay torpaq sahələri üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin plan və ölçülərinin) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi qaydasını müəyyən edir.
Müvafiq torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı xərclərin hesablanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.
Dövlət büdcəsində bu məqsədlər üçün proqnozlaşdırılmış illik vəsaitin bərabər hissələrlə müvafiq sifarişlər əsasında rübdə bir dəfə olmaqla, hər rübün ilk ayının 15-dək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) xəzinə hesabına köçürülməsi təmin edilir.
Xidmət müvafiq bölgüyə uyğun ayrılmış vəsaitin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesablaşma hesabına köçürülməsini təmin edir.
Müvafiq il üzrə hüquqları dövlət qeydiyyatına alınmış şəxslər, onlara verilən hüquqmüəyyənedici sənədlər, habelə göstərilən xidmətlərə görə hesablanmış vəsait barədə illik icmallar İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il fevralın 15- dək Kənd Təsərrüfatı Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilir.
İllik icmalda aşağıdakı məlumatlar öz əksini tapır:
Hər bir rayon və yaşayış məntəqəsi üzrə pay torpaqları üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmiş mülkiyyətçilərin adı, soyadı, atasının adı;
Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış pay torpaqlarının ölçüsü (hektarla);
Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların reyestr və qeydiyyat nömrələri, qeydiyyat tarixi, plan və ölçülərin nömrəsi və tarixi;
Xidmət haqqının miqdarı.
Mülkiyyət hüquqlarının qeydiyyata alınması prosesinin maliyyələşdirilməsi üçün həmin il üzrə istifadə olunmayan vəsait növbəti ildə istifadə edilir. Prezidentin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının 5-ci hissəsi ilə müəyyən edilmiş müddət başa çatdıqdan sonra istifadə olunmamış vəsaitin 2025-ci il yanvarın 15-dək dövlət büdcəsinə qaytarılması təmin edilməlidir.