Almaniya Avropadakı üzüm bağlarının kökünü kəsməyi təklif edib.
Aqrar Sığorta Fondu üzüm sahələri üzrə 168 min manat sığorta ödənişi edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu 2009-2011-ci illər arasında istifadə edilən modelə əsaslanır. İtaliyanın “Wine News” nəşrinin məlumatına görə, 15 il əvvəl Avropa İttifaqı bu məqsədlə 1 milyard avro ayrılmışdı.
Azərbaycanda Almaniyanın quraqlığa davamlı üzüm sortu əkiləcək
«Şərab bazarında artan struktur və sosial-iqtisadi problemləri yumşaltmaq üçün Avropa Komissiyası tərəfindən təklif olunan tədbirlər paketindən kənara çıxaraq bütün Avropada əlavə səylərə ehtiyacımız var. Əsas həll yollarından biri 2009-cu ildən 2011-ci ilə qədər həyata keçirilən kimi, üzümlüklərin kökünün kəsilməsidir.
Sənəddə göstərilir ki, şərab istehlakının son illər azalması nəticəsində Avropa şərab bazarı ciddi problemlərlə üzləşib.
Göygöl Şərab Zavodu Şamaxıda keçirilən Üzüm və Şərab Festivalında - İŞTİRAK EDİB
Bu, həm pərakəndə satışlara, həm də HoReCa seqmentinə mənfi təsir göstərib. Bundan əlavə, əsas ixrac bazarlarında da tələbin azalması müşahidə olunur. Şərab istehsalçılarının xərcləri də ciddi surətdə artmağa başlayıb. Şərab istehsalı həddindən artıq olduğu üçün satılmayan şərablar anbarlara yığılır.
Almaniya bazar şərtlərinin yaxşılaşacağını gözləmir və buna görə də bağların kökündən qırılmasını zəruri hesab edir.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında Fransa da ölkədəki üzüm bağlarını təmizləmək üçün 120 milyon avro ayırıb. Bu pullar ölkədə təxminən 30 min hektar üzüm bağının təmizlənməsinə kömək etmək üçün nəzərdə tutulur. Xatırladaq ki, 2020-ci ilə qədər Fransada cəmi 800 000 hektar üzüm bağı var idi.












