Bu ilin yanvar-fevral aylarında Azərbaycana 13,1 milyon dollar dəyərində 106 ədəd xüsusi təyinatlı avtomobil idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xüsusi təyinatlı avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,2 milyon dollar və ya 91,4%, miqdar ifadəsilə isə 30 ədəd, başqa sözlə 39,5% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 6,8 milyon dollar dəyərində 76 ədəd xüsusi təyinatlı avtomobil gətirilmişdi.
Bu ilin yanvar-fevral aylarının nəticələrinə görə idxal olunan bir xüsusi təyinatlı avtomobilin orta qiyməti 123 min 139 dollar (təxminən 209 min 336 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 89 min 726 dollar (təxminən 152 min 534 manat) idi. Bu da illik müqayisədə 33 min 413 dollar (56 min 802 manat) və ya 37,2% bahalaşma deməkdir.











