2025-ci il ərzində Azərbaycan İtaliyaya 4 milyard 565 milyon dollar dəyərində 9 milyard 604 milyon kubmetr təbii qaz ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İtaliya Azərbaycanın ən böyük qaz alıcısı olaraq qalır. İdxal ötən illə müqayisədə dəyər ifadəsilə 513 milyon dollar və ya 12,7% artıb, miqdar ifadəsilə isə 180,2 milyon kubmetr, başqa sözlə 1,8% azalıb.
Qeyd edək ki, 2024-cü ildə İtaliyaya 4 milyard 53 milyon dollar dəyərində 9 milyard 784 milyon kubmetr qaz ixrac olunmuşdu.
Bu il İtaliyaya ixrac edilən qazın 1000 kubmetrinin orta ixrac qiyməti 475,3 dollar (təxminən 808 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 414,2 dollar (təxminən 704 manat) idi. Bu da illik müqayisədə 61,1 dollar (104 manat) və ya 14,8% bahalaşma deməkdir.











