“Bakı Mühəndislik Universiteti” (VÖEN: 3102154051) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə avtobus tipli nəqliyyat vasitəsinin satın alınmasına aiddir. Satınalmanın ehtimal olunan qiyməti 146 min 750 manatdır.
Təkliflərin son təqdim olunma tarixi 17 oktyabr 2025-ci il saat 15:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 15:00-da keçiriləcək.
İştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manatdır.
Avtobuslar üçün tələblər:
Rəngi ağ, yürüş maximum 100 km.
Buraxılış ili 2025-ci il,
Mühərrik Turbo dizel (Euro IV) 3700-4000 sm3 aralığında,
Maks. Sürət km/saat 115, S
ilindr sayı 4 in – line, Maks. Güc/Torq (ps/kq·m) 140/30,
Akkumulyator 24V-90AH,Tip 5 + 1 ötürücülü sürət qutusu,
Təkər ön arrxa 205/75.00R17,5 – 10PR,
təkər formulu əyləc LHD və ya ekvivalenti, 4X2, tip long, səviyyə deluxe,
oturacaqların say; 28+1,
Uzunluq 7.080, en 2.035,
Hündürlük 2.755,
təkər bazası 4.085, daxili uzunluğu 6.260 eni 1.910 hündürlüyü 1.860, klirens195, sistemi işçi əyləc, vakuum mexanizmli hidravlik, əl əyləci
Transmissiya mexanizmində kardan valı üzərində qurulmuş daxildən idarə olunan, dağ əyləci
Vakuum hərəkətli, döndərmə qapama tipli, Suspensiya sistemi
Yarım-elliptik resor amortizatorla birgə,
Yanacaq çəni 95 litr,
Avtobusun boş çəkisi 4.085,
Avtobusun yüklü çəkisi 6.670, dekorativ kolpaklar, kondisioner, ehtiyat lyuk, sərnişin günlüyü, kamersiz təkərlər, mebel rəngli, sürücü paneli, hidravlik sükan, 3 gedişli sürücü və 2 gedişli sərnişin təhlükəsizlik kəmərləri. duman əleyhinə faralar, alışqan, rəqəmsal saat, am/fm radio maqnitofon, mikrofon, salon qızdırıcı radiator, avtomatik açılıb-yığılan qapı, abs + avto tənzimləyici, 3 il və ya 250.000 km (hansı daha tez bitərsə).
Qeydiyyat və digər xərclər daxil.
Əlaqələndirici şəxs: İsmət Musayev – Satınalmaların təşkili və təchizat şöbəsi
Əlaqə: [email protected], +994 12 349 99 66
İddiaçılar təkliflərini 17 oktyabr 2025-ci il tarixinədək Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 120 ünvanına təqdim edə bilərlər.