06 dekabr 2018 08:10

Bu bankların balans kapitalı 100 milyondan çoxdur - SİYAHI

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin balans kapitalı 100 milyon manatdan çoxdur.

FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 280,004 milyon manat), "PAŞA Bank" (391,445 milyon manat), "Kapital Bank" (323,494 milyon manat), "Xalq Bank" (272,761 milyon manat), "Premium Bank (147,893 milyon manat), "Express Bank" (147,268 milyon manat) və "Atabank"dır (144,453 milyon manat).

ELƏCƏ DƏ BAX: Banklarda SMS xidməti neçəyədir? - SİYAHI 

Qalan 23 bankdan 18-də balans kapitalı 50-100 milyon manat arasında, 5 bankda isə balans kapitalı 10-50 milyon manat arasındadır. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz